Dünya

Bitkoin ucuzlaşmaqda davam edir

16 Yanvar 2018 10:32
0 Şərh     Baxış: 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada ən populyar kriptovalyuta olan bitkoin investorların kriptovalyutaların tənzimlənməsi ilə bağlı qeyri-müəyyənliyi səbəbindən ucuzlaşır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "CoinMarketCap" portalının məlumatına əsasən, bitkoin 3,62 faiz və ya 13,2 min dollaradək ucuzlaşıb. "Bitfinex" birjasında bitkoinin məzənnəsi 4,29 faiz (13,02 min dollaradək), GDAX-da isə 3,27 faiz (13,05 min dollaradək) azalıb.

Alternativ kriptovalyutalar - "Ethereum" 7,41 faiz və ya 1,2 min dollaradək, "Ripple" - 13,09 faiz (1,62 dollara qədər), "Bitcoin Cash" isə 9,98 faiz (2,28 min dollaradək) ucuzlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.