Dünya

Ana uşaqlarını öldürüb, intihar etdi - Uşaqlar "Youtube"də tanınırdılar - FOTO

16 Yanvar 2018 11:31
1 Şərh     Baxış: 5 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ana Yutub-da məşhurlaşan uşaqlarını öldürüb, sonra da intihar edib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Christina Treadway adlı qadın uşaqlarını öldürdükdən sonra körpüdən atlayaraq özünü öldürüb.

O, övladları 7 yaşlı Isaiah Miller və 3 yaşlı Iliya Miller-i öldürdükdən sonra Karolina ştatındakı I-485 körpüsünə çıxaraq intihar edib.

Hadisə ilə bağlı cinayət işi açılıb. Polislər cinayətin səbəbini araşdırır.

Uşaqların atası cinayətdə şübhəli deyil. İntihar edən qadının anası FOX TV-yə açıqlamasında bildirib ki, o, çox yaxşı valideyn və ər olub.

"O, həyat yoldaşından özünü öldürməsi ilə bağlı mesaj aldı. Özünü itirdi. Qızım mesajda özünü öldürəcəyini və buna görə üzr istədiyini qeyd etmişdi. Uşaqlarına atası çox yaxşı insan idi. Qızımın belə etməsinin səbəbini bilmirik".

Qeyd edək ki, Christina Treadway-ın Youtube sosial şəbəkəsində kanalı olub və o, bu kanalda indiyə qədər 23 videosunu paylaşıb. Videoların yüz minə yaxın baxışı var.

Christina videoda uşaqlarını nə qədər çox sevdiyini izləyicilərinə nümayiş etdirirdi.

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.