Dünya

Ermənistanda 10 gündən sonra qiyam olacaq - VİDEO

15 Yanvar 2018 21:29
1 Şərh     Baxış: 1 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda 10 gündən sonra qiyam olacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu sensasiyalı açıqlama ilə ermənistanın lraqir nəşrinə müsahibəsində politoloq Levon Şirinyan çıxış edib.

Erməni politoloq ölkənin institusional inkişaf etmədiyini, ancaq oliqarxlar və hərbi rəhbərlik tərəfindən idarə edildiyini diqqətə çatdırıb.

Şirinyan qeyd edib ki, Ermənistanı bir sıra böyük fəlakətlər gözləyir: "Biz elə bir vəziyyətdəyik ki, kataklizmlər ən gözlənilməz formada və istənilən vaxt gələ bilər. İnsanlar bahalaşmaları hiss etmirlər, çünki hələ yeni il ehtiyatları tükənməyib, 10 gündən sonra insanlar hər şeyi öz üzərlərində tam hiss edəcəklər "-deyə Şirinyan qeyd edib.

Erməni politoloqu Ermənistanın indiki prezidenti Serj Sarkisyan prezidentlikdən getdikdən sonra baş nazir kreslosunu tutmaqla hakimiyyəti yenə öz əlində saxlamağa çalışdığını da qeyd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Ermənistanda 10 gündən sonra qiyam olacaq

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.