Dünya

Hindistanda qayıq aşdı: 40 məktəbli dənizə düşdü

13 Yanvar 2018 15:12
0 Şərh     Baxış: 438

Hindistanın qərbində Maxaraştra ştatının Daxanu şəhəri sahillərində qayıq aşıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, qəza nəticəsində azı 4 uşağın öldüyü barədə xəbər verilib.

Məlumata görə, insident vaxtı qayıqda 40 uşaq olub, 25 nəfəri xilas etmək mümkün olub.

Digər uşaqların taleyi məlum deyil. İtkin düşənlərin tapılması istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.

Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.