Dünya

Kafedə 46 nəfər zəhərləndi - Buryatiyada

13 Yanvar 2018 13:11
0 Şərh     Baxış: 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Buryatiya paytaxtı Ulan-Udedə 46 nəfər kafedə yedikdən sonra zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, xəstəxanaya müraciət edənlərin kafedə sanitar qaydaların pozulması səbəbindən salmonell ibakteriyasından zəhərləndikləri bildirilib.

İlkin olaraq mədə ağrıları ilə xəstəxanaya 36 nəfər müraciət edib. Hazırda isə xəstəxanada 8-i yeniyetmə olmaqla 46 nəfərin zəhərlənmə diaqnozu ilə müalicə aldığı bildirilib.

Xəstəxanaya yerləşdirilənlərin səhhəti hazırda orta ağırlıqlı qiymətləndirilir.

Kafenin fəaliyyəti dayandırlıb. Polis araşdırmalara başlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.