Dünya

Türkiyədə Rusiya səfirinin qətli ilə əlaqədar daha bir nəfər HƏBS EDİLİB

12 Yanvar 2018 22:00
0 Şərh     Baxış: 922

Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətli ilə əlaqədar daha bir nəfər həbs edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, sabiq Türkiyə informasiya və rabitə texnologiyaları idarəsinin əməkdaşı olan şəxsin adı açıqlanmır.

Həbs edilən şəxsə qarşı "qəsdən adam öldürmədə təşkilatçılıq" maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il, dekabrın 19-da Ankarada, fotosərgidə çıxış edərkən odlu silahla qətlə yetirilib. Cinayəti törədən polis əməkdaşı Mert Altıntaş hadisə yerində məhv edilib. İndiyədək hadisə ilə əlaqədar üçü polis əməkdaşı olmaqla 6 nəfər həbs edilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.