Dünya

Neymarın "Real"a keçmək üçün şərti İspaniyaya ŞOK YAŞATDI - Perez fikirləşir - FOTO

12 Yanvar 2018 15:14
35 Şərh     Baxış: 11 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya Neymarın "Real Madrid"ə transfer olmaq üçün tələb etdiyi şərtlərin şokunu yaşayır.

"Don Balon" jurnalının Neymar iddiası doğrudursa, "Real Madrid"də böyük qalmaqalın yaşanacağı qaçılmaz kimi görünür.

Milli.Az xəbər verir ki, səbəb Neymarın İspaniya nəhənginin rəhbərliyinə  verdiyi "komandadan getməli futbolçular" siyahısıdır.

Qeyd edək ki, "Barselona"dan "PSJ"-yə 222 milyon avroya transfer olan Neymarın Fransa klubunda məmnun olmadığı və İspaniyaya qayıtmaq istədiyi iddiaları ortaya atılmşdı.

"Don Balon" jurnalı bu iddialara yenisini əlavə edib:

Xəbərə görə, "Real Madrid" prezidenti Florentino Perezin komandasında görmək istədiyi Neymar "Madridlilər"in qarşısına şok edəcək bir tələb qoyub.

Messinin kölgəsində qaldığı üçün "Barselona"dan ayrılan braziliyalı futbolçu eyni problemi "Real Madrid"də də yaşamaq istəmədiyi üçün klub prezidenti Perezdən Kristianu Ronaldu və Qaret Beylin satılmasını istədiyi iddia edilir.

Neymarın tələbləri bununla da bitmir. Ulduz futbolçu Zinəddin Zidanın da klubdan göndərilməyini istəyir.

Xəbərdə Neymarın transfer üçün bunları şərt qoyduğu, Perezin isə qərar vermək üçün düşündüyü bildirilir.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.