Dünya

Elnarə Əbiyeva polisi maşınla vurub "kapot"da sürüdü və Bakıya qaçdı - VİDEO - FOTO

12 Yanvar 2018 15:09
24 Şərh     Baxış: 14 521

Ukraynada gənc qadın avtoxuliqan peyda olub. Söhbət Lvov şəhərinin 26 yaşlı sakini, azərbaycanlı Elnarə Əbiyevadan gedir. 

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, son illərdə o, dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu və avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün saxlanılıb.

Lakin yanvarın 7-də Əbiyeva bir az da uzağa gedib.

Lvov polisinin mətbuat xidmətinin rəsmi məlumatına əsasən, "Peugeot" avtomobilini idarə edən qadın təxminən saat 14-də General Çuprinka küçəsində saxlanılıb - o, qarşı yolda yerləşən tramvay xəttinin üzərinə çıxıb. Polis əməkdaşları sürücüdən sənədlərini təqdim etməyi tələb ediblər, lakin Əbiyeva bundan imtina edib.

Qayda pozucusu ilə ünsiyyət zamanı müfəttişlər fikir veriblər ki, qadın özündə deyil və narkotik sərxoşluğu vəziyyətindədir. Elə bu vaxt Əbiyeva gözlənilmədən maşını sürüb və müfəttişlərdən birini vuraraq, kənara tullayıb.

Bundan dərhal sonra avtoxuliqan qadın ikinci müfəttişi də vurub, lakin bu müfəttiş daha möhkəm çıxıb və maşının kapotundan yapışıb. Yaranmış vəziyyət Elnarəni dayandırmayıb, o, kapotun üstündə polis müfəttişi ilə maşını bir neçə küçə boyunca qovub. Təxminən 500 metrlik bu məsafə yolboyu quraşdırılmış kameralara düşüb və əsl Hollivud filmlərini xatırladıb.

Son nəticədə, Elnarə Əbiyeva müfəttişi kapotun üstündən yerə ata bilib və polis əməkdaşı böyük sürətlə yola sıçrayıb, qadın sürücü isə aradan çıxıb.

Məlum olduğuna görə, xəsarət almış polis əməkdaşı təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Onun qolunun sındığı, bir sıra digər xəsarətlər aldığı müəyyən olunub. Patrul Roman Pilipenko hadisənin qeyd olunduğu videonu sosial şəbəkələrdə yayımlayıb və avtoxuliqanın adını açıqlayıb - Elnarə Əbiyeva.

Lakin sonradan həmin qadının başına gələnlər müəmmalıdır - sosial şəbəkələrdəki fəallığını nəzərə alsaq, Elnarə azadlıqdadır.

O, "VKontakte" sosial şəbəkəsində, habelə "İnstagram"da publika üçün bağlı səhifədə özünün balaca qızı ilə fotolarını yayır. Əbiyeva polislə baş vermiş insidenti ertəsi gün sosial şəbəkədə özünəxas şəkildə şərh edib: "Bəzi "zibilləri" saymasaq bayram əla keçdi. Həyatdan zövq alın və zibil olmayın". Fotolara əsasən, Əbiyeva yeni il tətilini doğma Bakıda keçirib.

Yanvarın 10-da isə o, "İnstagram"da davranışları barədə ünvanlanmış sual yağışını dayandırmaq ümidi ilə qeyd yerləşdirib. Sosial şəbəkələrdə Əbiyeva elnara_star niki ilə tanınır. Qeyd edək ki, hazırda onun səhifəsi qapalıdır.

Maraqlıdır ki, yerli fəal Martin Brest "Facebook"da qızın qaçdığını, ancaq adının İnterpolun bazasına daxil edilmədiyini yazır. Lvov polisi bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşına müqavimət göstərən və zor tətbiq edən xuliqanı 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Elnarə Əbiyeva polisi maşınla vurub kapotda sürüdü və Bakıya qaçdı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

24 Şərh:

  • Anonim
    Ş · 12 Yanvar 15:17170

    Zibil baxdı güzgüyə,adını qoydu özgəyə

    Cavab yaz
  • Anonim
    Aki 2 · 12 Yanvar 15:19180

    Ayib olsun polisin ne gunahi var ki,exlaqsiz

    Cavab yaz
  • Anonim
    sax · 12 Yanvar 15:19150

    kuce qadinindan ne gozlemelidiler ki

    Cavab yaz
  • Anonim
    teselli · 12 Yanvar 15:21160

    sifete baxx

    Cavab yaz
  • Anonim
    qaqas · 12 Yanvar 15:22100

    sifetinden yagir xosuluq

    Cavab yaz
  • Anonim
    şəms · 12 Yanvar 15:3290

    kimin pullu balasıdi göresen bu xanim.əgər xanim demək olarsa

    Cavab yaz
  • Anonim
    Emmaa · 12 Yanvar 15:42100

    Bu uje anormal adamdl buna Qeti amma Qeti masln sürme ye qadaga qoyulmalldlr pisix qlz ......

    Cavab yaz
  • Anonim
    Aide · 12 Yanvar 16:13111

    Goren niye ele eziyyet cekir shekil cekdirende dodagin qabaga edir?Ozune hormet qoymayandi....Pula guvenirler

    Cavab yaz
  • Anonim
    asi · 12 Yanvar 16:1763

    Harınladığı dodaqlarından bilir...Arada bur cümlə yazmısız "bir neçə küçə boyunca qovub", sonra da yazmısız ki, "Təxmini 500 metrlik bu məsafə"..Küçənin birini təxmini 100 metrdən hesablamısız??))..

    Cavab yaz
    • Anonim
      Emmaa · 12 Yanvar 16:5430

      :))))))))

      Cavab yaz
    • Anonim
      Kubinec · 12 Yanvar 17:2681

      Mehleler arasi mesafe beynelxalq qaydalara gore ele 100 metr civarinda olur men basa dusmurem niye hemise nedense niye sehv axtaririq

      Cavab yaz
      • Anonim
        asi · 12 Yanvar 18:2400

        Bəs küçələrin???

        Cavab yaz
  • Anonim
    Aer · 12 Yanvar 16:3730

    Ağzını niyə belə əyir

    Cavab yaz
  • Anonim
    Wura · 12 Yanvar 16:5880

    Yeqin kimese guvenib bele eliyib.Utanverici hereketlerdi.

    Cavab yaz
  • Anonim
    Gozel · 12 Yanvar 17:0629

    Ne severdim bu qizi

    Cavab yaz
  • Anonim
    Daglı · 12 Yanvar 17:2126

    Qürur duydum həmyerlimizlə)

    Cavab yaz
  • Anonim
    leyla · 12 Yanvar 17:2520

    GED dodaqlarini bir azda ver qabaga...

    Cavab yaz
  • Anonim
    kanada · 12 Yanvar 17:2730

    Inanin kasib ailenin usagi bele hereket etmez. Bu qiz kimese guvenir ki polisleri o gune qoyub.

    Cavab yaz
  • Anonim
    E.s · 12 Yanvar 17:32101

    Tutuub dodagini dartib biraxasan raqatka kimi coban:)))

    Cavab yaz
  • Anonim
    Sun · 12 Yanvar 18:2393

    Rusiyada Moskva sheherinde bunun kimi biri ermeni qizi var Mara Baqdasaryan.Avtoxuliqanliq edir,polisi konkret dolayib barmagina,ohdesinden gele bilmirler.Xeberi oxuyanda yadima o qiz dushdu.Istedim bu da bizim Mara Baqdasaryanimizdi yazim.Amma dedim her ne olsa oz milletimizdi ,ermeniyle bir tutmayim.Lakin olan olmushdu:Rus saytlari artiq yaziblar-Ukraynanin Mara Baqdasaryaninin klonu-Elnare Abiyeva,ozu de narkotik qebul etmish halda mashini idare edibmish.Uzun ag olsun.Gor kimlerle adimizi qosha cekdirdin.

    Cavab yaz
  • Anonim
    Liliya · 12 Yanvar 19:4530

    Bu kimdi goren haralidi?kim buna bu pullari buraxir bilmirsiz? Bununla bir olkede yasiyan yoxdumu? Gorey bu kimdi daydayi kimdi

    Cavab yaz
  • Anonim
    ELNUR · 13 Yanvar 09:2320

    ele beleleri milletimizin adini batirir,buda ana, ona qorede deviye qened verilmirmeyib,bizdede imkan olanda birde qorusen merfet qanacaq olmur

    Cavab yaz
  • Anonim
    Sadiq Hesenzade · 13 Yanvar 13:4300

    Vay vay vaaay

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.