Dünya

Oğrular əlil qızın səs aparatını oğurladılar - "Çox xahiş edirəm qaytarın, qızımla danışa bilmirəm" - FOTO

12 Yanvar 2018 12:53
1 Şərh     Baxış: 1 224
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərədə baş verən oğurluq hadisəsi çoxlarını, hətta məşhurları belə narahat edib.

Milli.Az İndependent-ə istinadla xəbər verir ki, oğru fiziki qüsurlu qızın fikrini ifadə etmək üçün xüsusi olaraq hazırlanan və gözləri ilə əlaqələndirilən planşet formasında olan səs aparatını oğurlayıb.

"Ola bilər ki, oğrular cihazı adi planşet zənn ediblər deyə oğurlayıblar. Amma çox xahiş edirəm, onu qaytarsınlar. Qızımla ünsiyyət qurmaq üçün o planşet lazımdır", - deyə Paul Conson adlı ata sosial şəbəkədə müraciət edib.

İngiltərədə yaşayan 16 yaşlı fiziki qüsurlu Miya Thirlby həm də epilepsiya xəstəsidir. Atası onun üçün xüsusi proqramlaşdırılmış planşet hazırlatdırıb. Belə ki, qız hara baxırsa, planşetdə həmin cismin adı yazılır və səsləndirilir və qızın valideynləri cihaz sayəsində onunla əlaqə qururlar

Qızın atasının sosial şəbəkədəki statusundan sonra məşhurlar da Miya Thirlby adlı 16 yaşlı qıza kömək etmək üçün əllərindən gələni ediblər. Belə ki, məşhur futbolçu Alan Şerar və tennisçi Endi Mörri də cihazın tapılması üçün izləyicilərindən kömək istəyiblər.

"Tərbiyəli davran, vicdanlı ol və bu balaca qızın cihazını hər hansı bir yolla qaytar", - deyə Alan Şerar Tvitterdə yazıb.

Qeyd edək ki, hələ də cihaz tapılmayıb.

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.