Dünya

Qız Feysbuk-un canlı yayımında intihar etdi - VİDEO - FOTO

10 Yanvar 2018 13:53
1 Şərh     Baxış: 3 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Körpüdən atlayaraq intihar edən 18 yaşlı qızı kameraya çəkən taksi sürücüsü saxlanılıb. Cinayətlə bağlı onun ifadəsi alınır.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, yanvar ayının 2-də Nittaya Savasdivan adlı 18 yaşlı qız Banqkokdakı Rama VII körpüsündən Çao-Priya körpüsünə atlayaraq intihar edib.

Məlumata görə, qız bu əraziyə gəlmək üçün Pataradanai Noomsrinart adlı sürücüyə 500 baht (25 manat) ödəyib və onu Feysbuk-un canlı yayımında videoya çəkməyi istəyib.

Videoda qızın özünü körpüdən atması əks olunub və Feysbuk-da canlı yayımlanıb. Sürücü onun intihar edəcəyindən xəbərsiz olduğunu söyləyib.

Nittayanın cəsədi 2 gün sonra çaydan tapılıb. Onun intihar səbəbi bilinmir. Araşdırma davam etdirilir.

Milli.Az video və fotoları təqdim edir:

Emin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qadın feysbukun canlı yayımında intihar etdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.