Dünya

Ermənistan vətəndaşlığından imtina edənlərin sayı artır

10 Yanvar 2018 11:29
0 Şərh     Baxış: 1 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan vətəndaşlığından imtina edən insanların sayı kəskin artıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin Pasport-viza departamentinin mətbuat xidmətindən bildiriblər.

Qurumdan deyiblər ki, 2017-ci ildə 3823 vətəndaş Ermənistan vətəndaşlığından imtina haqqında ərizə verib.

Qeyd edək ki, 2012-ci ildə 968 ərizə, 2013-cü ildə 1461, 2014-cü ildə 2407, 2015-ci ildə 2487, ötən il isə 3863 belə ərizə daxil olub. Yəni 2012-ci ildən 2017-ci ilədək 15 mindən çox sakin vətəndaşlıqdan imtina edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.