Dünya

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə xəbərdarlıq edib

9 Yanvar 2018 23:24
0 Şərh     Baxış: 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran ilə Qərb dövlətləri arasında əldə olunan razılaşmanın şərtləri ABŞ tərəfindən yerinə yetirilməsə, rəsmi Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığını dayandıracaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri İranın Nüvə Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano ilə telefon söhbətində deyib.

Ə.Ə.Salehi bildirib ki, 2015-ci ilin yayında İran ilə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya arasında əldə edilən razılaşma beynəlxalq xarakter daşıyır və BMT bu razılaşmanı təsdiq edib. Heç bir tərəfin birtərəfli qaydada razılaşmanı pozmaq haqqı yoxdur. Rəsmi Vaşinqton üzərinə düşən öhdəliyi yerinə yetirməsə İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa son qoyacaq. Bununla da İran beynəlxalq agentliyin mütəxəssislərini ölkədə monitorinq aparmağa imkan verməyəcək.

Xatırladaq ki, ABŞ administrasiyasının yanvarın 13-də İrana qarşı sanksiyaları bərpa etmək barədə qərar qəbul edəcəyi gözlənilir. İran tərəfi sanksiyaların bərpa olunacağı təqdirdə sərt mövqe nümayiş etdirəcəyini bəyan edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.