Dünya

İranda gündə 60 min heyvanın baş-ayağı yeyilir

9 Yanvar 2018 19:24
25 Şərh     Baxış: 2 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İranda gün ərzində 60 min iribuynuzlu və xırdabuynuzlu heyvanın baş-ayağı (xaş) yeyilir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İran Aşpazlar Assosiasiyasının sədri Huseyn Rəvasi deyib.

O qeyd edib ki, əgər münasib qiymətlər olarsa, gün ərzində hətta 600 min xaş yeyilə bilər. H.Rəvasi bildirib ki, son aylarda xaşın qiymətində xeyli artım müşahidə edilib: "Əgər yay aylarında bir dəst xaşın qiyməti 55 min tümən (26 AZN) idisə, hazırda qiymət 70 min tüməndir (32 AZN)".

H.Rəvasi qeyd edib ki, baxmayaraq ki, xaş İran əhalisinin sevimli yeməyidir, baş-ayağın ölkəyə idxalı qanunla qadağan edilib: "Ancaq bəzi hallarda baş-ayağın qaçaq yolla idxal olunduğu müşahidə edilir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.