Dünya

İran sakinləri təşvişdə - Səmada UNO görünüb?

9 Yanvar 2018 15:24
0 Şərh     Baxış: 1 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Tehran sakinlərinin gecə saatlarında səmada qəribə işıqlar saçan uçan naməlum obyekt (UNO) görmələri ilə bağlı məlumatları şərh edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, İİKK bu işıqların taktiki təlimlər zamanı uçuşlar həyata keçirən təyyarə və dronlara aid olduğunu bildirib.

Qeyd olunur ki, Dəmavənd və Bumehin şəhərlərinin arasındakı bölgədə keçirilən təlimlərdə iki tip qanadları olan (sabit və hərəkətli qanadlar) təyyarələr iştirak edib. Bu işıqların da həmin təyyarələrə məxsus olduğu bildirilib.

Məlumata görə, təlimlər İslam İnqilabı Keşikçiləri Korpusunun bazasında keçirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.