Dünya

İran nümayişləri: Saxlanmış 1000 nəfər arasında tələbələr də var

7 Yanvar 2018 22:25
7 Şərh     Baxış: 1 321
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçən ay İranda hökumətə qarşı başlamış etiraz aksiyaları nəticəsində saxlananlar arasında 90 tələbənin də var, iranlı millət vəkilləri deyib.

Millət vəkili Mahmud Sadeği İran Tələbələrinin Xəbər Agentliyinə bildirib ki, bu tələbələrin böyük qismi nümayişlərdə iştirak etməyib.

Digər bir millət vəkili Fərid Musəvi bunun önləyici bir addım olduğunu və onların tezliklə buraxılacağını deyib.

İranda əsasən iqtisadi problemlərə narazılığı nümayiş etdirən etiraz aksiyalarında ölkə boyunca ən azı 21 nəfər həyatını itirib.

Çərşənbə günü İran İnqilab Keşikçiləri Korpusunun rəhbəri ölkədə "fitnə"nin məğlub edildiyini deyib.

Buna baxmayaraq son günlərdə bir neçə şəhərdə etirazlar davam edib. Lakin Reuters xəbər agentliyi bildirir ki, İran İnqilab Keşikçiləri Korpusu qüvvələrinin rayonlara göndərilməsindən sonra nümayişlərin sayı azalıb.

Dekabrda başlayan nümayişlər İranda 2009-cu ildə mübahisəli prezident seçkilərinə qarşı keçirilmiş etirazlardan sonra ən böyüyüdür. Etiraz akiyaları əvvəlcə iqtisadi problemlərə qarşı etirazlarla başlasa da, nümayişlər yayıldıqca siyasi və antihökumət xarakteri daşımağa başlayıb.

Bəzi mənbələr dekabrın 28-dən indiyədək saxlananların sayının 1 700-ə çatdığını deyirlər.

Tehran universitetinin vitse prezidenti saxlanmış tələbər barədə məlumat toplamaq üçün bir komitənin yaradıldığını bildirib.

"Universistetdəki səylərimiz saxlanmış tələbələrin universitetə və ailələrinə ən qısa zamanda qayıtmaları üçün şəraitin yaradılması üçün müvafiq hakimiyyət orqanları ilə əməkdaşlığa yönəlib", Məcid Sərsəngi İranlı Tələbələrin Xəbər Agentliyinə deyib.

A screen grab shows exterior view of Evin Prison in Tehran with crowd gathered and some tentsSaxlananların qohumları mərkəzi Tehranda bir həbsxananın önündə yaxınları barədə məlumat almaq üçün toplanıblar

Millət vəkili Mahmud Sadegi saxlanmış 90 tələbədən 10-u barədə az məlumat olduğunu deyib.

O, İranın İlna xəbər agentliyinə Tehran universitetlərindən 58 tələbənin saxlandığını, digər saxlanmış tələbələrin isə paytaxtdan kənar rayonlarda təhsil aldığını bildirib.

Onların çoxu evlərində olarkən saxlanıb, o əlavə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.