Dünya

Azərbaycan Gürcüstanın təbii qaz tələbatını 100 faiz ödəyəcək

3 Yanvar 2018 14:50
Baxış: 1 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan 2018-ci ildə Gürcüstanın təbii qaza olan tələbatının 99,65 faizini təmin edəcək.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Gürcüstan İqtisadi İnkişaf Nazirliyinin 2018-c il üçün təbii qaz balansında qeyd olunub.

Sənədə əsasən 2018-ci ildə Gürcüstanın təbii qaza tələbatı 2,689 milyard kubmetrə bərabər olacaq. Gürcüstan bu rəqəmdən 2,679 milyard kubmetrini Azərbaycandan (1,866 milyard kubmetrini SOCAR-dan və 813 milyon kubmetri "Şahdəniz" yatağından hasilat çərçivəsində) əldə etməyi planlaşdırır.

Qalan hissə (9,41 milyon kubmetr) yerli hasilatın payına düşəcək.

2018-ci ildə Gürcüstana Rusiyadan qaz tədarükü nəzərdə tutulmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.