Dünya

“Gürcüstanın məqsədi Avropa İttifaqının tamhüquqlu üzvü olmaqdır”

27 Dekabr 2017 13:13
0 Şərh     Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın son məqsədi Avropa İttifaqının tamhüquqlu üzvü olmaqdır.

Milli.Az APA-ə istinadən xəbəre verir ki, bunu baş nazir Giorgi Kvirikaşvili hökumətin iclasında deyib. O bildirib ki, hökumətin əsas prioriteti avroatlantik məkana inteqrasiyadır: "2017-ci ildə əsas nailiyyət Avropa İttifaqı ölkələri ilə viza rejiminin aradan qaldırılması olub. Bu qərar Avropa İttifaqının Gürcüstana etibarının göstəricisidir".

G. Kvirikaşvili qeyd edib ki, Gürcüstan Aİ ilə əməkdaşlıq üzrə yol xəritəsi hazırlayacaq: "Əminik ki, bu proqram uğurla həyata keçiriləcək. Eyni zamanda, NATO-ya inteqrasiya və ABŞ-la əməkdaşlıq da əsas prioritet olaraq qalır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.