Dünya

Donald Trampın qəribə 9 vərdişinin siyahısı açıqlandı

18 Dekabr 2017 00:11
2 Şərh     Baxış: 6 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"The Independent" nəşri ABŞ presidenti Donald Trampın qəribə 9 vərdişinin siyahısı açıqladı.

Milli.Az APA-ya istinadən xəbər verir ki, daxili qeyri-rəsmi qaydalara əsasən, Ağ Evdəki televizor pultlarına yalnız D.Tramp və texniki dəstək əməkdaşları toxuna bilər.  Bundan başqa, D.Trampın şəxsi gigiyena məsələlərinə ciddi diqqət yetirdiyi qeyd olunur. Onun yoluxucu xəstəliklərədn çox qorxduğu və bu səbəbdən əllərini tez-tez yuduğu da bildirilir.

Nəşrin məlumatına görə, D.Tramp fastfud təamlarına üstünlük verir və gün ərzində 12 bankayadək diyetik kola içir.

Daha bir qəribə vərdiş prezident iqamətgahı ilə bağlıdır. Məlumata görə, D.Tramp qonqlarına Ağ Evin vanna otaqlarını nümayiş etdirməyi çox sevir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.