Dünya

Ermənistan kəskin bahalaşma ilə üz-üzə - Ölkəni daha dərin böhran gözləyir - VİDEO

16 Dekabr 2017 20:41
6 Şərh     Baxış: 1 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn il yanvarın 1-dən Avrasiya İqtisadi Birliyinə görə Ermənistanda 800-dən artıq məhsulun bahalaşması gözlənilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, qiyməti artacaq məhsulların əksəriyyətini gündəlik zəruri tələbat hesab olunan mallar, xüsusi ilə ərzaq məhsulları təşkil edir. Yanvarda həmçinin benzinin, spirtli içkilərin və sıxılmış qazın qiyməti qalxacaq. Erməni dramının dəyər itirməsi nəticəsində sürətlənən inflyasiya dərhal Dağlıq Qarabağda da əks-səda verib . Xarici borcu 5 milyard, illik büdcəsi isə təxminən 3 milyard dollar olan Ermənistan heç öz əhalisini dolandıra bilmir. Bundan əlavə, işğalçı ordunu saxlamaq, yeni-yeni silahlar almaq və Azərbaycanla silahlanma yarışında ayaqlaşmaq zərurəti öz növbəsində Dağlıq Qarabağdakı əhalinin iqtisadi vəziyyətinə dərhal və adekvat neqativ təsirlər göstərməkdədir. Qondarma rejimin saxta deputatları da bahalaşmaya görə Sarkisyan rejimini günahkar hesab edir.
"Demokratiya naminə əməkdaşlıq" ictimai təşkilatının sədri Stepan Danielyan yerli mətbuata müsahibəsində son 20 ildə Ermənistanda iqtisadi durumun ağır olaraq qaldığını, buna əsas səbəb kimi, ölkədə effektli idarəçiliyin olmamasını göstərib.
Verilən açıqlamar onu göstərir ki, Qarabağ erməniləri də qondarma rejimin formal olduğunu təsdiqləyir. Onların umacaqları və tənqidləri məhz Sarkisyan rejiminə yönəlib. İşğalçı siyasətində israr edən Sarkisyan rejimi isə bütün bəlaların kökündə məhz Qarabağ probleminin dayanmasını və qonşuları ilə sağlam iqtisadi əlaqələr qura bilməməsini etiraf etmək istəmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Ermənistan kəskin bahalaşma ilə üz-üzə

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.