Dünya

Oğlu məşhur musiqiçini öldürdü: Anama qışqırdı - FOTO

16 Dekabr 2017 10:22
0 Şərh     Baxış: 2 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbul Dövlət Müasir Xalq Musiqi Cəmiyyətinin sənətçisi İsgəndər Küserman oğlu tərəfindən öldürülüb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, polisə təslim olan 18 yaşlı gənc, ifadəsində "Anama qışqırdı" deyib.

İskender Küsermanın həyat yoldaşı ilə aralarında problem yaranıb. Bundan sonra oğlu Emiri də götürüb Çanaqqalaya gedib. 2 gün sonra qayıdan ana-bala Bakırköydəki evlərində qalmağa başlayıb. Dünən səhər İsgəndər Küserman həyat yoldaşı ilə mübahisə etməyə başlayıb. Arvadına "Səni boşamayacam" deyərək qışqırmağa başlayan atasını oğlu Emir mətbəxdən götürdüyü bıçaqla boğazından ağır yaralayıb. Yerə yıxılan ata dünyasını dəyişib.

Polisə anası ilə təslim olan 18 yaşlı Emir Küsermanın "Atam anama qışqırmağa başladı. Özümü itirdim. Bıçaqla boğazından vurdum. Bir anda oldu. Peşmanam" dediyi məlum olub.

İsgəndər Küsermanın müğənni Seyyal Tanerin doğma əmisi oğlu olduğu üzə çıxıb.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.