Dünya

Qüdsdə etiraz aksiyası başladı - Polislə toqquşma

15 Dekabr 2017 16:05
0 Şərh     Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qüdsün şərqində fələstinlilərlə İsrail polisi arasında toqquşma başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əl-Əqsa məscidindən qayıdan sakinlər ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınmasına etiraz olaraq aksiyaya başlayıblar.

Toqquşmaların miqyası böyüdüyündən, bölgəyə atlı polislər yeridilib.

Hazırda aksiya davam edir.

Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.