Dünya

AŞ PA milli sərhədlər daxilində məcburi yerdəyişmələrlə bağlı müraciət etdi

15 Dekabr 2017 15:46
0 Şərh     Baxış: 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsi 18 dekabr - Beynəlxaq Miqrantlar Günü ilə əlaqədər Avropa Şurası üzv ölkələrinə müraciət edib.

Milli.Az xəbər verir ki, Trend bu barədə AŞ PA-nın rəsmi səhifəsinə istinadən məlumat verir.

AŞ PA komitəsi miqrant, qaçqın və məcburi köçkünlərin humanitar vəziyyətləri və problemlərini gündəmə gətirməyə çağırıb.

Müraciətdə deyilir ki, mühacirlərlə yanaşı, milli sərhədlər daxilində məcburi yerdəyişmələr də vacib məsələdir.

AŞ PA komitəsi nəzərə çatdırıb ki, 2016-cı ilin sonuna olan göstəricilərə görə, münaqişə və zorakılıqlar 40,3 milyon məcburi köçkünün yaranmasına səbəb olub.

Müraciətdə, həmçinin bildirilir: "Avropadakı iki milyondan çox məcburi köçkünün problemlərinə lazımi diqqət yetirilmir. Beynəlxalq humanitar hüquq çərçivəsində məcburi köçkünlərin hüquqlarına hörmətin təmin edilməsi üçün bütün üzv dövlətlər, beynəlxalq təşkilatlar və QHT-lər tərəfindən daha çox səy göstərilməlidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.