Dünya

Məşhur olmaq üçün qardaşına elə bir şey etdi ki, görənlər DƏHŞƏTƏ GƏLDİ

15 Dekabr 2017 13:37
2 Şərh     Baxış: 2 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnternetdə rekordu qırmaq məqsədiylə ağaca bağladığı 14  yaşlı qardaşına işgəncə verdiyi anları kameraya çəkdiyi deyilən böyük qardaş ilə qohumu barəsində cinayət işi açılıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, S.Z.O. (14) Qurban bayramında ailəsi ilə Ankaranın Kızılcahamam qəsəbəsinə gedib. Böyük qardaşı Ö.R.O. (16) qardaşına "Sosial şəbəkədə yayımlamaq üçün səni ağaca bağlayıb, videonu çəkəcəyik" deyib.

Böyük qardaşla qohumu Z.O. (18) S.Z.O-nu iplə ağaca bağlayaraq üzərinə su və qoyun nəcisi tökərək ağacla döyüb.

Bu anları kameraya çəkən uşaqlar görüntü sonra internetə yükləyiblər.

Görüntüyü internetdə izləyən bir nəfər polisə şikayət edib.

Polislər Ö.R.O-nu saxlasalar da, Z.O. tapılmayıb.

S.Z.O polisə verdiyi ifadədə internetə yükləmək üçün qardaşının ona ağaca bağlayıb videoya çəkmək təklifi etdiyini, özünün də bu təklifi qəbul etdiyini bildirib.

Görüntülərin daha real görünməsi üçün Z.O-nun onu vurduğunu və çəkdikləri videonu izlənmə rekordu qırmak məqsədi ilə sosial şəbəkələrə yüklədiklərini bildirən S.Z.O böyük qardaşı və Z.O-dan şikayət etmədiyini deyib.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.