Dünya

Ticarət mərkəzində dəhşət: intihar edən qız mühafizəçinin üstünə düşdü - VİDEO - FOTO

15 Dekabr 2017 13:25
2 Şərh     Baxış: 7 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alış-veriş mərkəzinin 13-cü mərtəbəsindən özünü atan qız mühafizəçinin üstünə düşüb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, intihar edən qızı xilas etməyə çalışan mühafizəçi hadisə yerindəcə keçinib.

Li Guowu adlı mühafizəçi qadın intihar edərkən vəzifə başında olub. O, səs-küyü eşitdikdə ümidsizcəsinə qızı fikrindən daşındırmağa çalışıb. Lakin qız ona əhəmiyyət verməyib və özünü 13-cü mərtəbədən atıb. O, qızı tutmağa çalışarkən qız onun üzərinə düşüb. Nəticədə qız və mühafizəçi ölüblər.

Çinin Shaanxi vilayətindəki ticarət mərkəzində baş verən qorxulu anlar mağazaların təhlükəsizlik kamerasına düşüb.

Əvvəllər hərbi qulluqçu olan Li ölümündən sonra medalla təltif olunub. 

Qeyd edək ki, Li-nin 6 yaşlı övladı var.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ticarət mərkəzində dəhşət - İntihar edən qız mühafizəçinin üstünə düşdü

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.