Dünya

İranda sevgiyə həsrət qalan qadınlar - Seksual tabu

14 Dekabr 2017 23:25
27 Şərh     Baxış: 12 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda fiziki məhdudiyyətli insanların sayı təxminən 10 milyondur, kampaniyaçılar belə deyirlər. BBC-nin Yaxın Şərqdə Qadın Məsələləri üzrə jurnalisti Feranak Amidi yazır ki, bununla belə insanlar bu məsələyə daha çox ayıb kimi baxırlar.

Sosial baxımdan mühafizəkar bir ölkədə xüsusilə tabu olan şeylərdən biri də seksdir və belə olduqda fiziki məhdudiyyətli qadınların seksual ehtiyaclarından söz gedə bilməz.

İranın şimalında kiçik bir kənddə yaşayan 41 yaşlı fizik məhdudiyyətli qadın Mitra Farazandə öz təcrübəsi və məyusluğundan söz açır.

Mən qadınam. Mən 75% fiziki məhdudiyyəti olan qadınam. Hə, mən də aşiq olmuşam. Həmişə deyirəm ki, həyatında bir dəfə belə olsun sevməyən insan tarladakı müqəvvaya oxşayır - cansız.

11 yaşımda ikən qonşumuzun oğluna olan xüsusi diqqətimi hiss etdim. Bu hissi anlaya bilmirdim.

O vaxtlar özümü insan kimi hiss etmirdim. Məhdudiyyətlərim və eybəcər görünüşümə görə özümü həyata layiq hiss etmirdim. İstəməsəm də, ölümümü gözləyirdim.

Mitra has a quilt wrapped around her and a mobile phone next to her. She is wearing spectacles in the picture and sporting nail polish.

14 il boyunca mən bu sevgini ürəyimdə gizlətdim. Özümdən başqa heç kim bilmirdi. 14 ildən sonra, sevgim qarşısında əyilmək və onu həm öz, həm də sevdiyim şəxsin ailəsinə etiraf etmək qərarına gəldim.

O, sevgimi anlayışla qəbul etsə də, ailəm buna razı olmadı.

Bununla da bir neçə il çəkən cəhənnəm həyatım başladı. Ona qarşı sevgim isə mənə özümü sevməyi də öyrətmişdi.

Heç vaxt bir yerdə olmasaq da, mən həmin kişini 30 ildən çox sevdim.

Məhdudiyyətimə rəğmən, mənim də qadın kimi ehtiyaclarım və hisslərim var.

Çox istəyərdim ki, sevgilim məni qucaqlasın, saçlarımı oxşasın. Təəssüf ki, bizim insanların əksəriyyəti mənim kimi qadınların sevməyə və sevilməyə layiq olmadığını düşünür. Bu məni incidir.

Atamın sevdiyim şəxslə bir yerdə olmağıma icazə verməməsi məni incidir.

İnanıram ki, dəyişiklik bizim içimizdən gəlməlidir. Seksual qabilliyimiz və məhdudiyyətlərimizi özümüz müəyyənləşdirməliyik.

Məhdudiyyətlərimizə baxmayaraq, həyatı dolu-dolu yaşamaq və həzz almaq inamına ehtiyacımız var. Ona inana bilsək, ətrafımızdakı insanlar da ehtiyaclarımıza hörmətlə yanaşacaqlar.

Artwork done by Mitra Farazandeh

Ətrafımda özünə inanmadığı üçün ailəsi tərəfindən insan kimi qəbul edilməyən bir çox qadın var. Əgər sevilməyə layiq olmadığını düşünürsənsə, ailən də inanmaz.

Atam hisslərimi boğmağa çalışsa da, duyğularım və ehtiyaclarımı dilə gətirdiyimə görə özümlə fəxr edirəm.

Fiziki məhdudiyyətli qadınların seksual və emosional ehtiyaclarına inanmayan insan çoxdur. Həqiqət isə tamamilə başqadır.

Bütün insanların - kişilər və qadınlar, məhdudiyyətsiz və ya məhdudiyyətli - seksual ehtiyaclar və hissləri ilə bağlı spektri var.

Mən şəxsən inanıram ki, bəzən fiziki məhdudiyyətli insanların seksual enerjisi məhdudiyyətsiz insanlarınkından daha artıq olur. Bəlkə də bu, normal yolla enerjini sərf etməyə qabil olmadığımızdan irəli gəlir.

Bu artıq enerji özünü seksual qüvvəyə çevirə bilir.

Düşünürəm ki, fiziki məhdudiyyətli qadınların seksual ehtiyacları ödənmədikcə zərəri da artır.

Fiziki məhdudiyyətimiz bizi içəridən çıxmağa qoymayan bir barama qabığıdır. Fiziki və seksual enerjimizi səfərbər edərək, biz bu kiçik qabıq içərisində özümüzə bir az daha çox yer tapa bilərik.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.