Dünya

Putin Kiyevi Donbas problemi ilə bağlı birbaşa danışıqlar aparmağa çağırdı

14 Dekabr 2017 16:32
0 Şərh     Baxış: 1 231
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Donbasda Rusiya Ordusu yoxdur. Orada regiona istənilən irimiqyaslı müdaxiləni dəf etməyə hazır olan milis birləşmələri var".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

V. Putin Donbasdakı vəziyyəti Serebrenitsa ilə müqayisə edib: "Milis birləşmələrinin müqaviməti olmasa, Ukrayna Ordusu Bosniyanın Serebrenitsa şəhərində olduğu kimi, Donbasda qətliamlar törədər".

Donbas münaqişəsində əsir düşənlərin dəyişdirilməsi məsələsinə toxunan Rusiya lideri qeyd edib ki, bu proses Ukrayna tərəfinin siyahını dəyişdirməsi səbəbindən baş tutmayıb: "Heç olmasa, gəlin bu məsələni Yeni il qabağı həll edək".

Putin rəsmi Kiyevi "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" ilə vasitəçilərsiz danışıqlar aparmağa çağırıb: "Kiyev Donbasla birbaşa danışmalıdır. Təəssüf ki, Kiyev birbaşa təmaslardan qaçır. Belə məsələlər vasitəçilərlə həll olunmur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.