Dünya

Rusiya kosmosa turist göndərəcək

14 Dekabr 2017 18:24
0 Şərh     Baxış: 874
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Roskosmos" şirkəti suborbital turizmi inkişaf etdirmək niyyətindədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, şirkət 2019-cu ildən sonra orbitə turistlərin uçuşlarını təşkil etməyi planlaşdırır.

Hazırda kosmik uçuşların qiyməti 35 milyon dollara yaxındır. Turist uçuşlarının başlayacağı müddətədək qiymətlərin dəyişə biləcəyi istisna olunmur.

Bir müddət əvvəl Rusiyanın "Kosmokurs" şirkəti suborbital turizm uçuş aparatlarının istehsal olunduğunu bildirmişdi. İlk sınaqların 2018-ci ildə keçiriləcəyi gözlənilir. Bir uçuş aparatının dəyəri 250 min dollara yaxındır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.