Dünya

Rza Zərrabın şahidliyi, ifadəsi və taktikası

12 Dekabr 2017 21:27
1 Şərh     Baxış: 1 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səkkiz gün çəkdi. Rza Zərrabın ifadəsi hər gün səhər 9.15-də başladı və axşam 5-də bitdi.

Verilən məcburi yemək fasilələrini, vəkillər və hakim arasında kiçik iclasları, Zərrabın aldığı taktika fasilələrini saymasaq, o, aşağı-yuxarı 48 saat ərzində ona verilən suallara cavablar verdi. Onun vəzifəsi də bu idi.

O kresloya doğrunu, sadəcə, doğrunu demək üçün oturmuşdu. Tez-tez təkrarlayırdı:

"Dediklərini xatırlamıram, amma bura 100% doğruları söyləmək üçün oturduğum üçün kimisə çaşdırmaq istəmirəm, əfəndim!"

O, 12 məhkəmə andlısı, ehtiyat andlılar, prokurorlar, vəkillər, hakim və onun etiraflarını dinləmək üçün gələn axın-axın, salon dolu insana yüksək reytinqli şousunu göstərdi və hər səhər girdiyi qapıdan səkkizinci günün sonunda ona təşəkkür edildikdən sonra getdi.

Milli.Az BBC-yə istinadən bildirir ki, məhkəmə bitməsə də Zərrabın hissəsi bitdi.

O, bu sorğuya aylarla hazırlaşdırılıb. Zərraba tez-tez "bəli və ya xeyr deyə cavab verin" deyilsə də, onun qısa cavabların insanı olmadığı aydın idi və o, elə uzun danışırdı ki, nə dəftər, nə qələm çatırdı.

"Bir vaxtlar mən də jurnalist idim, indi maraqdan baxıram" kamuflyajı altında məhkəməni seyr edən, Zərrabın ağzından çıxan hər şeyi qeyd edənlər də bezdi.

Hər gün Queensten-dən məhkəməni seyr etməyə gələn bir qrup ev xanımı da həvəslə yazırdılar. Onlar burada olanları Türkiyədəki qohumlarına danışırlarmış.

Zərrab sorğusunun son gününə qədər ona verilən taktikaları istifadə etdi. Bir öyrətmişdilərsə, o, beş nümayiş etdirdi.

Bəlli ki, başı çox işləyir. Suallara sualla cavab verib, həm vaxtlarını aldı, həm də əsəblərini gərdi.

İllərin vəkili Cathy Fleming də ən yaxşı həmlələrindən birini etdiyini sanarkən, Zərrabın düzəlişinə məruz qaldı: "Güman edirəm səhv oxudunuz, xanım, xahiş edirəm, bir də oxuyun! Fleming bir daha oxudu və "Üzr istəyirəm, sualımı geri alıram!", dedi.

Nə birbaşa sorğu, nə çarpaz sorğu, nə də müdafiədən sonra prokurorluğun təkrar etdiyi və yalnız müdafiənin iddialarının üzərindən keçmə izinin olduğu qeyri-adi sorğu əsnasında Zarrabın səs tonu heç dəyişmədi.

Lazım olanda hər kəsə rüşvət verdiyini, kimsə üçünsə fahişə təşkil etdiyini, Türkiyədə ödədiyi rüşvətləri, hər kəsin bir qiyməti olduğunu, korrupsiyaya meylli insanları satın aldığını, Türkiyədə rüşvət verərək zindandan çıxdığını, Brooklyn-dəki həbsxanada də cinayətə qarışdığını, həbsxanaya içki keçirdiyini, narkotika istifadə etdiyini, FTB-ə ifadə verərkən yalan bəyanatlar dediyini, Türkiyədə vergidən yayındığını, xəyali ixracat həyata keçirdiyini böyük bir rahatlıqla danışdı.

Nə mail, nə Whatsapp mesajları, nə səs yazıları, heç birini inkar etmədi, "Bəli, əfəndim, xatırlayıram!", dedi.

Telefon yazılarının birində o, müavini Abdulla Happani ilə işdən qovdurduğu Halkbank əməkdaşı Levent Balkan barədə danışır. Başqa bir telefon yazısında isə o, Levent Balkana zəng edib:

"Alo, Levent bəy, salam, halallaşmaq üçün aradım. Etdiklərinizə görə və verdiyiniz qiymət üçün təşəkkür edirəm. Əlbəttə, görüşəcəyik Levent bəy, xeyirli axşamlar!"

Bu iki danışıq arasında ideoloji uçurum barədə soruşanda, "Levent Balkan mənim şirkətimə aid məlumatları rəqiblərimə verirdi, amma İran işi zəhmətini necə görməməzliyə gəlim? O ayrı, o ayrı" deyib Zərrab. Hər şey xülya ikən, qurduğu münasibətlər niyə gerçək olsun ki?

Zərrabın ifadəsi 7 dekabr 2017-ci ildə bitdi və o, saat 16:15-də 17B nömrəli salondan çıxıb getdi.

O gedincə ətraf boşaldı. Hər səhər tezdən evlərindən çıxaraq gələn ər-arvad da, o bir qrup qadın da daha gəlmir.

Andlılar da yorğundur, amma bu məcburi bir vəzifədir, sonuna qədər gələcəklər, çarəsi yoxdur

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.