Dünya

İran da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşula bilər - VİDEO

12 Dekabr 2017 21:08
0 Şərh     Baxış: 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran prezidenti Həsən Ruhaninin yaxın vaxtlarda Azərbaycana səfər edəcəyi gözlənilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib. Səfir bildirib ki, İran prezidenti Həsən Ruhani səfər çərçivəsində Azərbaycan-İran birgə avtomobil zavodunun açılışında da iştirak edə bilər.
Səfir həmçinin İranın Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşula biləcəyini də deyib. Onun sözlərinə görə, hazırda bu məsələ İran rəhbərliyinin gündəmindədir və yaxın vaxtlarda bununla bağlı məlumat veriləcək.
Səfir, Qüds məsələsinə də münasibət bildirib. O, deyib ki, İran Qüds məsələsinə həssas yanaşır və regionda sülhün təmin olunmasının tərəfdarıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
İran da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşula bilər

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.