Dünya

Səfir: "Qarabağ münaqişəsi "dondurulmuş" deyil, realdır və bu, bizi narahat edir"

12 Dekabr 2017 15:50
1 Şərh     Baxış: 1 110
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dağlıq Qarabağ münaqişəsini "dondurulmuş" kateqoriyasına aid etmək çətindir".

Milli.Az apa-ya istinadən xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot keçirdiyi brifinqdə deyib.

Münaqişənin cəmiyyətdə əks olunma səviyyəsindən təəccübləndiyini deyən diplomat ilin əvvəlindən bəri təmas xəttində 57 hərbçinin həlak olduğunu diqqətə çatdırıb.

Səfir qeyd edib ki, bu, "dondurulmuş" münaqişə deyil: "Bu, insanlara və iqtisadiyyata təsir edən gerçək münaqişədir. Bu münaqişə bizi narahat edir. Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi öhdəliklərini yerinə yetirməkdə qərarlıdır. Münaqişənin hərb yolu ilə həlli ola bilməz".

C. Lakot bildirib ki, danışıqlar prosesinin mərkəzində güc tətbiqinin yolverilməzliyi, ərazi bütövlüyü və xalqların öz müqəddəratının təyin edilməsi prinsipləri dayanır. O qeyd edib ki, Fransa prezidentlərin Cenevrə görüşünün, XİN rəhbərlərinin Vyana görüşünün nəticələrini alqışlayır və nazirlərin ilin əvvəlində görüşünü gözləyir: "Fransada ən yüksək səviyyədə münaqişəni izləyirlər. Fransa Minsk qrupu tərkibində öhdəliklərinə tam sadiqdir, lakin söhbət vasitəçilik rolundan gedir. Nizamlanmaya yalnız tərəflər nail ola bilərlər".

C. Lakot səfir olduğundan danışıqlar prosesinin detalları barədə danışa bilməyəcəyini də əlavə edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.