Dünya

İranda yenə güclü zəlzələ - 6 bal

11 Dekabr 2017 19:10
7 Şərh     Baxış: 8 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son dəqiqələrdə İranın qərbində güclü zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar 6 bal gücündə qeydə alınıb.

İran Seysmoloji İdarəsinin yaydığı xəbərə görə, bu dəfə də İran və İraq sərhədində qeydə alınan zəlzələnin episentri 46 kilometr dərinlikdə olub.

Zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə hələ məlumat yoxdur.

Qeyd edək ki, ötən ay İranın Kirmanşah əyalətində, İraqla sərhəd yaxınlığında 7,2 bal gücündə zəlzələ baş vermişdi. Yeraltı təkanlar BƏƏ, Küveyt və İsraildə də hiss olunmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.