Dünya

Saakaşvilinin tərəfdarları məhkəmə binasına hücum etdilər - YENİLƏNİB

11 Dekabr 2017 16:12
2 Şərh     Baxış: 4 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:12

Ukrayna paytaxtı Kiyevdə Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarları onun barəsində qətimkan tədbirinin seçilməsi üzrə məhkəmə iclasının keçirildiyi Peçersk Rayon Məhkəməsinin binasına girməyə cəhd ediblər.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, hadisə yerində partlayış səsi eşidilib və ətrafı tüstü bürüyüb.

Əlavə polis əməkdaşlarının gəlişindən sonra vəziyyət sabitləşib.

Qeyd edək ki, bu gün M.Saakaşvili barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılıb. "Özümü həbs edilmiş kimi yox, hərbi əsirlikdəki kimi hiss edirəm", - M.Saakaşvili məhkəmə iclasında deyib.

---------

12:24

Gürcüstanın sabiq prezidenti, "Yeni Qüvvələr Hərəkatını"nın lideri Mixail Saakaşvili Kiyevin Peçerski rayon məhkəməsindədir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu siyasətçinin mətbuat katibi deyib.

İnformasiyanı M.Saakaşvilinin vəkili Pavel Boqomazov da təsdiq edib.

Xatırladaq ki, Mixail Saakaşvili Kiyevdə dekabrın 8-i axşam saatlarında saxlanılıb. Onu Ukraynada hakimiyyətin devirilməsinə yönəldilmiş mitinqlərin maliyyələşdirilməsi üçün Rusiyadan təxminən 500 min dollar almaqda ittiham edirlər.

Yerli prokurorluq Saakaşvili üçün elektron qolbağın daşınması ilə ev dustaqlığı şəklində ehtiyat cəza tədbiri tələb etmək niyyətindədir.

Onu da qeyd edək ki, M.Saakaşvili təcridxanada müddətsiz aclıq elan edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.