Dünya

İƏT-in Qüdslə bağlı fövqəladə sammitində hansı qərarlar qəbul olunacaq?

11 Dekabr 2017 11:27
0 Şərh     Baxış: 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 13-də İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Fələstin üzrə fövqəladə sammitində Qüds şəhərinin İsrail paytaxtı kimi tanınmasına qarşı müəyyən qərarların qəbul edilməsi planlaşdırılır.

Milli.Az xəbər verir ki, bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verilir.

Qeyd olunur ki, İƏT ölkələri, ilk növbədə, Qüds üzrə xüsusi komissiya yaradacaqlar.

Digər ölkələrin də Qüdsü İsrail paytaxtı kimi tanıyacağı təqdirdə, İƏT üzv ölkələrinin həmin dövlətlərlə münasibətlərə yenidən baxacağı bildirilir.

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin etiraz əlaməti olaraq ABŞ-dakı səfirlərini geri çağıra biləcəyi istisna olunmur.

Türkiyə KİV yazır ki, İƏT ölkələri İsrailə qarşı iqtisadi sanksiyalar da qəbul edəcək.

Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrail paytaxtı kimi tanıdığını bəyan edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.