Dünya

Saakaşvili aclıq aksiyasına başladı

9 Dekabr 2017 12:21
1 Şərh     Baxış: 1 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiyevdə saxlanılmış Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili aclıq aksiyasına başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Ruslan Çernorutski elan edib.

Vəkil qeyd edib ki, M.Saakaşvili zorla qidalandırılmaqdan da imtina edir və onun barəsində 60 sutkalıq həbs qətimkan tədbiri seçilərsə, aclıq aksiyasını uzadacaq.

Qeyd edək ki, M.Saakaşvili ötən həftə polis tərəfindən saxlanılsa da, tərəfdarları tərəfindən azad edilmişdi. Ötən gün isə o, bir daha saxlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.