Dünya

Tramp: "Mən vədimi yerinə yetirdim"

8 Dekabr 2017 11:33
1 Şərh     Baxış: 2 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qüdsü İsrailin paytaxtı kimi tanıyıb, ABŞ səfirliyinin Təl-Əvivdən bu şəhərə köçürülməsinə dair qərarımla öz vədimi yerinə yetirdim.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp şəxsi "Twitter" səhifəsində yazıb. O, özünü ABŞ-ın sabiq dövlət başçıları ilə müqayisə edərək deyib ki, onlardan fərqli olaraq, ABŞ səfirliyinin Qüdsə köçürülməsinə dair vədini yerinə yetirib.

Tramp "twit"inin altında ABŞ-ın sabiq prezidentləri Bill Klinton, Corc Buş və Barak Obamanın Qüdsə dair çıxışları olan video da yerləşdirib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.