Dünya

"Yerusəlim yetmiş ilə yaxındır İsrailin paytaxtıdır" - İsrailin Bakıdakı səfirliyi

7 Dekabr 2017 16:48
17 Şərh     Baxış: 2 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yerusəlim 3000 il ərzində yəhudilərin paytaxtı olub və 70 ilə yaxındır İsrailin paytaxtıdır".

Mİlli.Az xəbər veirr ki, bunu APA-ya açıqlamasında İsrailin Azərbaycandakı səfirliyinin sözçüsü Avital Rosenberg ABŞ prezidenti Donald Trampın Qüdsü (Yerusəlimi) İsrailin paytaxtı kimi tanıması ilə bağlı etirazlara münasibət bildirərkən deyib.
 
Diplomat bildirib ki, İsrail müqəddəs yerlərdə status-kvoya sadiqdir və yəhudi, xristian, eləcə də müsəlmanların dini azadlığını təmin etməyə davam edəcək: "İsrail Fələstin də daxil olmaqla, bütün qonşuları arasında sülhün bərqərar olmasına sadiqdir".
 
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanındığını elan edib. O, ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi üçün tapşırıq verib. Bu qərar dünyada, o cümlədən ABŞ-ın müttəfiqləri arasında etiraza səbəb olub.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.