Dünya

Fələstin İsrail ilə danışıqlarda ABŞ vasitəçiliyindən imtina edib

6 Dekabr 2017 23:39
0 Şərh     Baxış: 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fələstin İsrail ilə danışıqlarda ABŞ vasitəçiliyindən imtina edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl bəyan edib.

"Son ana qədər inanmırdıq ki, Tramp bu cür təhlükəli addım atacaq. Düşünürəm ki, bu regiona xaos və cəhənnəmə qərq edəcək. Hər bir fələstinli kimi, ərəb dünyası liderlərindən heç biri bu qərarı qəbul etməyəcək", deyə səfir qeyd edib.
 
Onun sözlərinə görə, Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması düşüncəsiz hərəkətdir.
 
"Bu səbəbdən Fələstin olaraq biz İsrail ilə sülh prosesi üzrə danışıqlarda ABŞ vasitəçiliyindən imtina edirik", deyə Əbdül Hafiz Nofəl bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.