Dünya

Sarkisyan daha bir generalı işdən çıxardı

5 Dekabr 2017 22:37
3 Şərh     Baxış: 2 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-leytenant Aykaz Baqmanyan vəzifəsindən azad edilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Ermənistan prezidenti Serj Sarkisyan bununla bağlı müvafiq fərman imzalayıb.

Bundan əvvəl A.Baqmanyanın müdafiə naziri Vigen Sarkisyanın məsləhəti ilə istefa ərizəsi yazdığı barədə xəbər yayılmışdı. Daha dəqiq desək, bunu jurnalistlərə açıqlamasında Vigen Sarkisyan özü demişdi. Müdafiə naziri bunu A.Baqmanyanın xidməti vəzifəsinin öhdəsindən gələ bilməməsi ilə bağlı olduğunu bildirmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.