Dünya

İran şirkəti Ermənistan polisini avtomobillə təmin edir

4 Dekabr 2017 16:14
33 Şərh     Baxış: 2 341
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Iran Khodro" şirkətinin istehsal etdiyi 18 ədəd "Soren" markalı avtomobil Ermənistan polisinə təhvil verilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend IRIB-ə istinadən məlumat verir.

Ermənistan polisi artıq bir neçə ildir ki "Iran Khodro"dan avtonəqliyyat vasitələri alır və bu günə qədər 75 avtomobil əldə edib.

Gələn ildən Yerevan hakimiyyətinin ölkəyə köhnə avtomobillərin idxalına qadağa qoyacağını nəzərə alsaq, "Iran Khodro" avtomobillərinin Ermənistana satış həcminin artacağı gözlənilir.

Qeyd edək ki, bir ildir ki İran şirkətinin Yerevanda nümayəndəliyi fəaliyyət göstərir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.