Dünya

Zərif: "İstanbul Prosesi regional əməkdaşlığa töhfə üçün cəhddir"

1 Dekabr 2017 12:42
0 Şərh     Baxış: 360
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

""Asiyanın Qəlbi" - İstanbul Prosesi çərçivəsində "Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq" mövzusunda VII nazirlər konfransının keçirilməsi əslində, region ökələri arasında əməkdaşlığı artırmaq və onlara töhfə vermək üçün, xüsusilə Əfqanıstanın təhlükəsizlik məsələsində və onun iqtisadi dirçəlişində bir cəhddir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, İran bu prosesdə lap əvvəldən iştirak edib və bu konfransda da fəal iştirak etdik: "Bizə cox vacib olan məsələ Əfqanıstanda sülh yaratmaqdır".

Qeyd edək ki, "Asiyanın Qəlbi - İstanbul Prosesi" Asiyanın Qəlbi regionunda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platformadır.

"Asiyanın Qəlbi - İstanbul Prosesi"ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Çin Xalq Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə "Asiyanın Qəlbi - İstanbul Prosesi"nə qoşulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.