Dünya

İranda güclü zəlzələ: 51 yaralı var - YENİLƏNİB

1 Dekabr 2017 14:12
3 Şərh     Baxış: 4 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:12

İranın cənub-şərqində baş vermiş zəlzələ nəticəsində azı 51 nəfər xəsarət alıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, hazırda axtarış-xilasetmə işlər davam etdirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında İranın cənub-şərqində 5,9 bal gücündə zəlzələ baş verib.

Təkanlar Kirman şəhərindən 65 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib.

----------

08:34

İranın cənub-şərqində 5,9 bal gücündə zəlzələ baş verib.

Trend-in RİA Novosti-yə istinadən verdyi məlumata görə, bu haqda Avropa aralıq dənizi seysmoloji mərkəzi xəbər verir.

Təkanlar UTC vaxtı ilə 02.32-də Kirman şəhərindən 65 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntı barədə məlumat daxil olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.