Dünya

Saakaşvili yad qadınla tutuldu

30 Noyabr 2017 20:24
0 Şərh     Baxış: 1 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru və Yeni Qüvvələr Birliyi Partiyasının (RUH) lideri Mixail Saakaşvili Kiyev restoranlarından birində yad qadınla bir masa arxasında görüntülənib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bununla bağlı bloger Vsevolod Filimonenko öz Facebook səhifəsində müvafiq foto yerləşdirib. Onun sözlərinə görə, foto noyabrın 29-da "Givi Rubinşteyn" restoranında çəkilib.

Başqa bloger, Miroslav Oleşko iddia edib ki, fotoda siyasətçi ilə söhbət edən qadın Ukraynadakı "Ölkə" internet-nəşrinin redaktoru Svetlana Kryukovadır. Bloger həm də əlavə edib ki, "Givi Rubinşteyn" şəhərdə ən bahalı restoranlardan biridir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.