Dünya

Gürcüstanın birinci xanımı azərbaycanlı gəncləri mükafatlandırıb - FOTO

28 Noyabr 2017 23:26
0 Şərh     Baxış: 1 251
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan prezidenti administrasiyasında azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində erkən nikahın qarşısının alınması ilə bağlı həyata keçirilmiş layihənin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, layihə Gürcüstan prezidentinin ehtiyat fondunun maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və Niderland səfirliyi tərəfindən həyata keçirilib.
Layihə çərçivəsində azərbaycanlı gənclər Kvemo Kartlinin 90 məktəbində yuxarı sinif şagirdləri ilə görüşlər keçirib. Görüşlərdə erkən evliliklə bağlı maarifləndirici məlumatlar və broşürlər  təqdim olunub.
 
Tədbirdə çıxış edən Gürcüstanın birinci xanımı Maka Çiçua erkən nikahın mənfi fəsadlarından  danışıb. Onun sözlərinə görə, erkən nikahların qarşısının alınması çox vacibdir: "Gürcüstan prezidenti qadınların hüquqlarının qorunması və erkən nikahların qarşısının alınmasına hər zaman dəstək olmağa hazırdır. Erkən nikah kimi ciddi problemlə cəmiyyətin fəal iştirakı olmadan mübarizə aparmaq mümkün deyil".
 
Tədbirin sonunda layihə iştirakçılarına və ən yaxşı esse, ən yaxşı rəsm, ən yaxşı foto müsabiqələrinin qalibləri mükafatlandırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.