Dünya

Batuminin "Leo Grand" otelində yanğın: 11 ölü - YENİLƏNİB - VİDEO

25 Noyabr 2017 07:15
0 Şərh     Baxış: 1 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Batumidə yerləşən "Leo Grand" otelində baş vermiş yanğın binanın 4-cü mərtəbəsində başlayıb.
Milli.Az "Report"a istinadən bildirir ki, bunu hadisə yerinə gələn Gürcüstanın daxili işlər naziri Georgi Qaxariya deyib.
Yanğın cümə günü yerli vaxtla təqribən saat 20:00-da başlayıb. Yanğının mərkəzi spa-salon olub. Hazırda 11 nəfərin öldüyü, 21 nəfərin isə yaralandığı məlumdur.
"İlkin araşdırmalara görə, yanğın nəticəsində yeganə dəhliz və pilləkən tüstülənib və insanlar 7-ci mərtəbədə qalıblar. Yanğınsöndürənlərin cəsarətli addımları nəticəsində insanları oradan çıxartmaq mümkün olub. Hazırda demək olar ki, 100 nəfər xilas edilib",- deyə Qaxariya jurnalistlərə bildirib.
Faktla bağlı cinayət işi "Əmlaka ziyan vurma" maddəsindən "İki və daha çox insanın ölümünə səbəb olan yanğın təhlükəsizliyi qaydalarının pozulması" maddəsinə dəyişdirilib. Bu maddəyə görə hadisədə günahkar olan şəxsləri 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Nazir bildirib ki, günahkarlar qanunun bütün ciddiliyi ilə cəzalandırılacaqlar.
Beşulduzlu "Leo Grande" mehmanxanası Batuminin ən yaxşı otellərindən biridir. Bina 2015-ci ildə liman ərazisində inşa edilib. Onun tikintisi 35 milyon dollara başa gəlib. Oteldə 182 nömrə var.

* * *

Gürcüstanın Batumi şəhərində "Leoqrand" mehmanxanasında baş verən yanğın nəticəsində ğlənlərin vətəndaşlığı məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölənlərdən 10-u Gürcüstan vətəndaşı 1-i isə İran vətəndaşıdır.

Xəsarət alan 21 nəfərin isə 12-si Gürcüstan vətəndaşı, biri İsrail vətəndaşı, 5-i isə Türkiyə vətəndaşıdır.

03:37

Gürcüstanın Batumi şəhərində "Leoqrand" mehmanxanasında yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yanğın nəticəsində 11 nəfər həlak olub, 21 nəfər isə yaralanıb.

Məlumata əsasən, yaralananlardan 3-ü evinə buraxılıb, digər 18-nin isə müalicəsi davam etdirilir. Batumi klinikalarında olan 18 vətəndaşın həyatı üçün təhlükə yoxdur.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili "Şərq Tərəfdaşlığı" sammiti başa çatdıqdan sonra Batumiyə gəlib. G.Kvirikaşvili hadisə yerində vəziyyətlə tanış olub

24.11.2017

23:34

Gürcüstanın Batumi şəhərində "Leoqrand" mehmanxanasında yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Acarıstan muxtar respublikasının səhiyyə naziri Zaal Mikeladze bildirib ki, yanğın nəticəsində 4 nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb və xəstəxanalara yerləşdirilib.

Onun sözlərinə görə, xəsarət alanlar Gürcüstan və Türkiyə vətədaşlarıdır.

23:13

Gürcüstanın Batumi şəhərində "Leoqrand" mehmanxanasında yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, şəhərin Laşa Komaxidze bidirib ki, yanğın nəticəsində 3 nəfər həlak olub. Bəzi KİV-lərin məlumatına əsasən isə 4 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Hadisə yerində 10 yanğınsöndürən briqadası və 60 xilasedici işləyir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Пожар в отеле в Батуми: погибли десять граждан Грузии и один гражданин Ирана

Видео спасения пожарных из гостиницы Батуми

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.