Dünya

Çavuşoğlu: "Tramp bundan sonra YPG-yə silah verməyəcəklərini konkret bəyan etdi"

24 Noyabr 2017 20:02
0 Şərh     Baxış: 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bundan sonra Suriyadakı kürd qruplaşması YPG-yə silah verməyəcəklərini bəyan edib.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu telefon danışığında iştirak etmiş xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. "Hörmətli Tramp konkret şəkildə təlimat verdi və bundan sonra YPG-yə silah göndərilməyəcəyini söylədi. O bildirdi ki, əslində buna daha öncə son qoymaq lazım idi", - deyə o, vurğulayıb.
 
R. T. Ərdoğan isə iki ölkə arasındakı viza probleminin tam aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.