Dünya

İranda ZƏLZƏLƏ: 36 yaralı var

24 Noyabr 2017 15:53
3 Şərh     Baxış: 1 956
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün İranın qərbində baş vermiş 4,3 bal gücündə zəlzələ nəticəsində azı 36 nəfər xəsarət alıb.

Milli.Az xəbər verir ki, bu barədə report-a istinadən xəbər verir.

Təkanlar Borucərd şəhəri yaxınlığındakı Lorestan əyalətində 10 km dərinlikdə qeydə alınıb.
İlkin məlumata görə, zəlzələ nəticəsində bəzi yaşayış binalarına ziyan dəyib.

Əyalətin Böhran Vəziyyəti üzrə Xidmətinin nümayəndəsi Reza Əryainin sözlərinə görə, insanlar evlərini tərk etmək istədikdə xəsarət alıblar.

Məlumata görə, xəsarət alanların hamısı xəstəxanaya çatdırılıb. Həkimlərin müayinəsindən sonra yalnız 2 nəfər tibb müəssisəsində saxlanılıb, digərləri ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.