Dünya

Misirdə məsciddə faciə: 235 nəfər partadıldı, güllələndi - YENİLƏNİB - VİDEO - FOTO

24 Noyabr 2017 19:08
2 Şərh     Baxış: 3 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:08

Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 235 nəfərə çatıb.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə Misir dövlət televiziyası məlumat yayıb.

Misir prezidenti Əbdülfəttah əs-Sisinin müdafiə, daxili işlər və təhlükəsizlik nazirləri ilə müşavirə keçirəcəyi bildirilir. 

Xəbərdə həmin məsciddən daha çox sufilərin istifadə etdikləri də vurğulanıb. 

------------

17:48

Misirin Sinay yarımadasının şimalındakı əl Ariş şəhərinin yaxınlığındakı Rəvda qəsəbəsində əl Rəvda məscidinə terror hücumu nəticəsində 155 nəfər həlak olub, 60 nəfər yaralanıb.

Milli.Az The Independent-ə istinadən bildirir ki, həlak olanların və yaralananların əksəriyyəti məscidə cümə namazına gəlmiş hərbçilərlə polislərdir.

Məscidə hücum edən terrorçular namaz qılanlara əl qumbaraları atandan sonra ciplərdəki pulemyotlardan atəş açıblar.

Al Ghaader isə bildirir ki, terrorçular məsciddə cümə namazı zamanı partladıcı qurğunu işə salıblar, sonra isə məsciddəki şəxsləri atəşə tutublar.

Daha sonra onlar məscidin qarşısında saxlanmış avtomobilləri yandırıblar, kəndə gedən yolu bağlayıblar.

Nile News teraktda 152 nəfərin həlak olduğunu iddia edib.

Təcili yardım xidmətinin rəhbəri Əhməd əl Ənsərinin dediyinə görə, teraktdan dərhal sonra olay yerinə 50 təcili yardım maşını göndərilib.

Misirin Səhiyyə Nazirliyinin mətbuat katibi Xaled Mücahidin sözlərinə görə, yaralılar əl Ariş və Bil əl Əbda şəhərindəki xəstəxanalara aparılıblar.

Əl Ravda məscidi Sinay yarımadasının şimalında ən böyük məsciddir və Misirin Vəqflər Nazirliyinə məxsusdur.

Məscid Əl Ariş- əl Kantara yolunun yanında, əl Arişdən qərbdəki bil əl Abdda yerləşir.

Misir prezidenti Əbdülfəttah Xəlil əs Sisi təcili toplantı çağırıb. Polis və hərbçilər teraktın törədildiyi yeri mühasirəyə alaraq terrorçuları arayırlar.

-----------

17:35

Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 155-ə, yaralıların sayı isə 80 nəfərə çatıb.

Milli.Az report.az-a istinadən bildirir ki, bunu hakimiyyət nümayəndələri bildiriblər.

---------

15:58

Misirin Sinay yarmadasında məscidə hücum olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, silahlıların məscidə hücumu nəticəsində azı 50 nəfərin həlak olduğu bildirilir.

Yaralıların da olduğu qeyd olunur. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

В Сети появилось видео момента взрыва в египетской мечети

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.