Dünya

Saxladığı qadınla əlbir olub, 5 yaşlı qızını yandırdı - VİDEO

23 Noyabr 2017 17:20
8 Şərh     Baxış: 1 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda atası və atasının sevgilisinin işgəncəsinə məruz qalan 5 yaşlı qız uşağı məhkəmədəkilərin çölə çıxarılması ilə verdiyi ifadəylə dəhşətə gətirib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, 5 yaşlı qız prosesdə: "Məni niyə döydüklərini bilmirdim, nadinclik etdiyim üçün ola bilər. Çox ağrınırdım" deyib.

Şübhəli ata "Qızım anasız qaldıqdan sonra atasız böyüməsin deyə onu uşaq evinə vermədim. İstəmədim ata sevgisinə həsrət qalsın" deyib. O, iddiaları qəbul etməyib. 

Sentyabr ayında 5 yaşlı doğma qızı S.S.K.-nın üzərinə qaynar su töküb yandırdığı, dişlərini qırdığı və bədənində siqaret söndürdüyü iddia edilən ata İbrahim K. və birlikdə yaşadığı Hatice T.-nın məhkəmə prosesi qeyri-müəyyən tarixə qədər təxirə salınıb. 

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Saxladığı qadınla əlbir olub, 5 yaşlı qızını yandırdı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.