Dünya

Türkiyənin bu vilayətində komendant saatı tətbiq edildi

23 Noyabr 2017 10:36
0 Şərh     Baxış: 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin cənub-şərqində Diyarbəkir vilayətinin Silvan rayonunda komendant saatı tətbiq edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə vilayət meriyası xəbər yayıb. Məlumata görə, komendant saatı vilayətdə PKK terror təşkilatına qarşı anti-terror əməliyyatları çərçivəsində tətbiq edilib.

Məlumata görə, əməliyyat çərçivəsində həmçinin bəzi ünvanlarda axtarışlar aparılacaq.

Qeyd olunur ki, komendant saatı tətbir edildiyi müddətdə axşam saatlarında küçəyə çıxmaq qadağandır. Komendant saatının nə vaxtadək davam edəcəyi barədə isə məlumat verilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.