Dünya

Tbilisidə antiterror əməliyyatı: saxlanılan və ölən var - YENİLƏNİB - VİDEO - FOTO

22 Noyabr 2017 16:27
0 Şərh     Baxış: 5 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:27

Tbilisidə keçirilən antiterror əməliyyatları zaman daha bir xüsusi təyinatlı yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, binada gizlənən terrorçularla xüsusi təyinatlılar arasında baş verən atışma zamanı yaralanan xüsusi təyinatlı təcili xəstəxanaya çatdırılıb.

Hadisə şahidlərinin sözlərinə görə, terrorçuların atəş nöqtələrindən birinə qumbaraatanla atəş açılıb. İlkin məlumatlara gorə, bir terrorçu məhv edilib.

---------------

13:52

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Tbilisidə keçirdiyi antiterror əməliyyatı nəticəsində 1 nəfər saxlanılıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, yerli telekanal əməliyyat nəticəsində 1 nəfərin ölməsi barədə xəbər yayıb. Belə ki, əməliyyat nəticəsində xüsusi xidmət orqanlarının yaralanmış əməkdaşı xəstəxanada ölüb.

----------

12:44

Gürcüstan paytaxtı Tbilisinin İsani-Samqori rayonunda ötən gecə saatlarından başlayan antiterror əməliyyatı davam edir.

Milli.Az report-a istinadən xəbər verir ki, səhər saat 10 radələrində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında şiddətli atışma olub. 

Nəticədə bir xüsusi təyinatlı yaralanıb. O, təcili xəstəxanaya çatdırılıb.

Hazırda hadisə yerinə zirehli texnika gətirilir.

Ölən və yaralananlar barədə əlavə məlumat verilmir. Əvvəlcə doqquzmərtəbəli binada iki terrorçunun olması barədə xəbər yayılsa da, hadisə yerindən atəş nöqtələrinin çoxluğu səbəbindən indi onların sayının çox olduğu güman olunur. Onlar təhlükəsizlik qüvvələrinin təslim olmaq barədə tələbini yerinə yetirməkdən imtina ediblər. 

Polis terrorçuların zərərsizləşdirilməsi əməliyyatını mərhələli şəkildə həyata keçirir. Hadisə şahidləri və ərazidəki polis əməkdaşları "Report"un yerli bürosuna bildiriblər ki, xüsusi təyinatlılar terrorçuların 9 mərtəbəli binanı partladacığından ehtiyat edir. Odur ki, əməliyyat mərhələli şəkildə davam edir.

----------

10:37

Tbilisidə İsani rayonunun Qabriel Salos küçəsində gecə saatlarında başlayan antiterror əməliyyatı davam edir.
 
Milli.Az-ın APA-ya istinadən məlumatına görə, indiyə qədər hadisə yerində atışma və partlayış səsləri eşidilir. Xüsusi əməliyyat adıçəkilən küçədə yerləşən yaşayış binasında terror təşkilatları ilə əməkdaşlıqda şübhəli bilinən iki xarici vətəndaşın saxlanılması istiqamətində aparılır. Sakinlər yaşayış binasından təxliyə edilir. Hadisə yerinə əlavə polis qüvvələri, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.
 
Antiterror əməliyyatı ilə əlaqədar olaraq Qabriel Salos küçəsində yerləşən 97 saylı məktəbdə dərslər ləğv olunub

----------

08:28

Tbilisinin ətrafında bir neçə saatdır antiterror əməliyyatı keçirilir, hadisə yerindən atışma və partlayış səslərinin eşidildiyi bildirilir. Milli.Az APA-ya istinadən xəbər verir ki, hazırda xüsusi təyinatlılar  şübhəli şəxslərin olduğu binaya daxil olmağa çalışırlar. 

"Bu dəqiqələrdə şübhəli şəxslərin olduğu binaya daxil olmaq istiqamətində əməliyyat keçirilir. Bir neçə dəfə güclü partlayış səsi eşidilib, atışma davam etmıkdədir", - deyə İnterpressnews.ge bildirir.  
 
Gürcüstanın "Birinci kanal"ının məlumatına görə, xüsusi əməliyyat keçirilən əraziyə yaxın binalardan sakinlər təxliyə edilib. Şübhəli şəxslərin olduğu bina xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb.
 
Bundan əvvəl bildirilmişdi ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Tbilisidə antiterror əməliyyatı keçirir, mühasirəyə alınan şübhəli şəxslər xüsusi təyinatlılara atəş açıb.   Qurumun məlumatında bildirilir ki, əməliyyat Tbilisinin İsani-Samqor rayonunda keçirilir.
 
Şübhəli şəxslərin olduğu bina mühasirəyə alınıb, sakinlərin təhlükəsizliyi təmin edilib.
 
"Rustavi-2" telekanalı bildirib ki, əməliyyatın məqsədi terror təşkilatları ilə əlaqədə şübhəli bilinən iki xarici vətəndaşın saxlanılmasıdır.  
 
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Задержан один из подозреваемых в терроризме

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.